kriminal.az
ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı husilərin hədəflərinə zərbələr endirib

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri husilərin ("Ənsar Allah" hərəkatı) Yəmənin Hudeydə əyalətində yerləşən mövqelərinə zərbələr endirib.

Kriminal.Az xəbər verir ki, bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Yəmən televiziyasının məlumatına görə, digər hücum isə Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilib. Belə ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı sərhəddəki Səada əyalətinin Gur rayonundakı obyekti vurub.

Husilər itkilər barədə məlumat verməyiblər.

Top
0.048141956329346