Rusiyanın Yekaterinburq şəhərində "Mega" ticarət mərkəzinin yaxınlığında partlayış səsləri eşidilib, ardınca bir neçə ailənin yaşadığı binada güclü yanğın başlayıb.
Kriminal.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, yanan evlərdən biri ekofəal Yelena Koltsovoya məxsus olub.
Qeyd olunur ki, ekofəal xəsarət almasa da, onun evi tamamilə yararsız hala düşüb.
Qadın aktivist ilkin açıqlamasında yaşadığı binanın bədxahlar tərəfindən yandırılmasını istisna etməyib.