kriminal.az
Kurskda son vəziyyət: Ukrayna strateji hədəfə nail olur?

Ukrayna müdafiəçiləri bu gün, avqustun 14-də, Kursk vilayətində irəliləyişlərini davam etdiriblər və regionda strateji hədəflərə nail olurlar.

Kriminal.Az rbc.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın mübadilə fondu əhəmiyyətli dərəcədə doldurulub.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenskiyə verdiyi məruzədə bildirib ki, ukraynalı müdafiəçilər Sudja şəhərində Rusiya hərbçilərinin axtarışı və məhvi əməliyyatını başa çatdırıblar. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri 100-dən çox düşməni ələ keçirə bilib və Rusiya ərazilərində bir-iki kilometr məsafədə irəliləyiblər.

Top
0.04101300239563