Pentaqon hesab edir ki, nüvə münaqişəsi baş verərsə, ABŞ Rusiya, Çin və Şimali Koreyaya uzun müddət müqavimət göstərə bilməyəcək.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "The Economist" nəşri yazır.
"Son zamanlar yüksəkrütbəli amerikalı rəsmilərin heyrətamiz bəyanatlarına əsasən, bu suala (ABŞ-nin nüvə münaqişəsində nə qədər müddət döyüşə biləcəyi - red.) cavab belədir: "Ehtimal ki, çox qısa müddət", - deyə nəşrdə qeyd olunub.
Məqalədə bu vəziyyət ABŞ üçün kabus adlandırılıb. Bu narahatlıqlar fonunda ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkənin nüvə qüvvələrinin genişləndirilməsi hazırlıqlarına başlayıb.
ABŞ qüvvələrinin artırılması 2026-cı ildə, ABŞ və Rusiya arasında Rusiya və ABŞ arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin (START-III) müddəti bitdikdə başlaya bilər.