"Bloomberg" dünyanın ən varlı insanlarının reytinqini dərc edib. ABŞ-li milyarder, "X" və "Tesla"nın sahibi İlon Mask 235 milyard dollar sərvətlə reytinqin lideri olaraq qalır.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyinin dərc etdiyi "Milyarderlər İndeksi"ndən ("Bloomberg Billionaires Index") bəlli olur.
Hesabata əsasən, ABŞ-nin onlayn pərakəndə satış şirkəti "Amazon"un qurucusu Ceff Bezos ikinci yerdə qalmaqda davam edir, onun sərvəti 193 milyard dollar qiymətləndirilir.
"Meta" korporasiyasının rəhbəri Mark Zukerberg 188 milyard dollar sərvətlə üçüncü yerə yüksəlib, bir gün əvvəl onun sərvəti 183 milyard dollar qiymətləndirilirdi.
Qeyd edək ki, "Bloomberg" 2012-ci ilin martından bəri planetin ən varlı 500 insanının sərvəti haqqında məlumatları əhatə edən "Bloomberg Billionaires Index"i dərc edir.