Fransa prezidenti Emmanuel Makron avqustun 14-də "Rafale" qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib.
Kriminal.Az xəbər verir ki, bu barədə Fransa prezidenti özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Kapitan Sebastyen Mabir və leytenant Matis Loransın "Rafale" təyyarələrində təlim uçuşu zamanı qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Fransanın şərqində iki "Rafale" qırıcı təyyarəsi toqquşub.