Şahmat üzrə dünya çempionu adı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lijen ilk oyununda iddiaçılar turnirinin qalibi hindistanlı Dommaraju Qukeşə qalib gəlib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, görüş Sinqapurda baş tutub.
Oyunun əvvəlində Qukeş təşəbbüsü ələ almağa çalışsa da, bacarmayıb.
4 saat 11 dəqiqə davam edən qarşılaşmada Lijen qələbə qazanıb.
İlk oyundan sonra hesab 1:0 Çin şahmatçısının xeyrinədir. İkinci oyun noyabrın 26-da keçiriləcək.
Xatırladaq ki, şahmat tacı uğrunda mübarizə klassik vaxta nəzarət ilə 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplasa, görüşün qalibi vaxtından əvvəl müəyyən edilə bilər. Heç-heçə baş verərsə, şahmatçılar taybreyk oynayacaqlar.