kriminal.az
Afrikadan İsveçə: Meymunçiçəyi virusunun yeni variantı ilə ilk yoluxma təsdiqləndi

Bir neçə Afrika ölkəsində yayılan meymunçiçəyi virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Xalq Sağlamlığı Təşkilatının baş direktoru vəzifəsini icra edən Olivia Viqzell mətbuat konfransında məlumat verib.

"Bu, Afrika qitəsindən kənarda diaqnoz qoyulan ilk hadisədir. Xəstə virusa Afrikanın böyük epidemiya olduğu bölgələrdən birində yoluxub", - o bildirib.

Zərərçəkmiş Stokholm xəstəxanasına kömək üçün müraciət edib. Həkimlər onun meymunçiçəyi virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər.

Top
0.047661066055298