İsrail əsgərləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 17 mindən çox fələstinli radikalı məhv edib.
Kriminal.Az xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.
O vurğulayıb ki, İsrail hərbçiləri Qəzzada döyüşməyə davam edir, Rəfahda, Xan Yunisdə və Qəzzanın mərkəzində hər yerə hücum edirlər".
"Geniş miqyaslı döyüşlər və əldə edilən yüksək nailiyyətlər HƏMAS-ın ayağa qalxma və bərpa qabiliyyətini sarsıdır və biz eyni ruhda davam etməkdə qərarlıyıq" , - İsrail ordusunun sözçüsü əlavə edib.