kriminal.az

Kiprdə yerli "Omoniya" və "Zirə" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Kriminal.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. VAR-da Kristo Tohver, AVAR-da Yonas Yanovits əyləşəcək.

Qeyd edək ki, avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.

Top
0.048902034759521