Azərbaycan da daxil olmaqla 126 ölkənin vətəndaşı Pakistana səfər etmək üçün pulsuz viza ala biləcək.
Kriminal.Az xəbər verir ki, bu barədə "Visanews" portalı məlumat paylaşıb.
Pakistanın Baş naziri Şahbaz Şərifin sözlərinə görə, viza tələblərinin yüngülləşdirilməsi Pakistanı investisiya və turizm üçün cəlbedici məkana çevirməyə kömək edəcək.
Öz növbəsində, Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.