ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp əvvəllər Kamala Harrisə debatlarda qalib gələn Tulsi Qabbarddan kömək istəyib.
Bu barədə Kriminal.Az Lenta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, Tramp debata hazırlaşmaq üçün keçmiş demokrat-konqresmen Tulsi Qabbarda müraciət edib.
Qeyd edək ki, əvvəlki seçkidə Qabbard demokratların ilkin praymerizlərində vitse-prezident Harrislə qarşılaşıb və onun San-Fransiskoda prokuror kimi fəaliyyətini tənqid edərək debatda qalib gəlib.
Trampın qərargahından iki siyasətçi arasında görüşün baş tutduğu təsdiqlənsə də, respublikaçının köməyə ehtiyacı olmadığı bildirilib.