Ukrayna ordusunun Kursk Atom Elektrik Stansiyasına (AES) mümkün hücumu Avropada genişmiqyaslı texnogen fəlakətlə nəticələnə bilər.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya Federasiyası beynəlxalq təşkilatları Kiyevin nüvə obyektlərində hazırladığı təxribatları dərhal pisləməyə çağırıb.
XİN-dən bildirilib ki, beynəlxalq ictimaiyyət mümkün hücumların Avropa qitəsi üçün yaratdığı təhlükəni başa düşməlidir.