kriminal.az
Fransada meşə yanğınları zamanı minlərlə turist təxliyə edilib

Fransa hakimiyyəti ölkənin cənubunu bürümüş meşə yanğınları səbəbindən minlərlə turisti düşərgələrdən və digər turistik yerlərdən təxliyə edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.

Nəşrin məlumatına görə, təkcə Cane-et-Roussillon sahil şəhəri yaxınlığındakı düşərgədən 3 000 turist xilas edilib. Bundan əlavə, çox sayda vətəndaş Monpelyedəki evlərini tərk edib.

Materialda o da bildirilir ki, Monpelyedə İspaniya sərhədinə gedən magistral yolun yaxınlığında baş verən yanğın azı 300 hektar ərazini məhv edib. Yanğınsöndürənlər avqustun 17 və 18-i bütün həftəsonunu yanğını söndürməyə çalışsalar da, bazar ertəsi səhərə qədər yanğın söndürülməyib. Hazırda isə yeni yanğın riski hələ də yüksəkdir.

Top
0.41648387908936