Rusiyanın Buryatiya Respublikasında 6-7 maqnitudalı zəlzələ qeydə alınıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.
Yeraltı təkanların episentri Severomuysk qəsəbəsindən 20 kilometr aralıda yerləşib.
Hələlik dağıntı və insan ölümü barədə məlumat verilmir.