kriminal.az
Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb

Radikal "Taliban" hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da "İslam qanunları"nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə "İslam qanunları"na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan mübarizə çərçivəsində 2023-cü ildə ölkədə qeyri-etik hərəkətlərə görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.

Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən qeyri-etik və yolverilməz filmlərin satışı dayandırılıb.

Top
0.044214010238647