kriminal.az
Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb

Fransanın cənub-qərbindəki Anqulem şəhərində bir nəfərin meriya binasını yandırmağa cəhd etdiyi yerdə atışma baş verib. Hücum edən şəxs yaralanıb.

Kriminal.Az bu barədə ladepeche.fr saytına istinadən xəbər verir.

Fransa xarici işlər naziri Jerald Darmanen özünün "X" sosial şəbəkə hesabında məlumat verdiyi kimi, hücum edəndən başqa heç kim xəsarət almayıb.

"Anqulem şəhər meriyasının binasında yanğın törətməyə cəhd edən şəxs bələdiyyə polisi tərəfindən zərərsizləşdirilib, başqa itki yoxdur", - deyə nazir qeyd edib.

Top
0.044940948486328