Moskvanın Slavyanskaya meydanında bərpa işləri zamanı içərisində insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.
Kriminal.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyri-adi tapıntı barədə dərhal polisə məlumat verilib. Məlumata görə, qalıqlar bir gün əvvəl bərpa işləri zamanı tapılıb.
Mənbənin bildirdiyinə görə, tapılan qalıqların 16-17-ci əsrlərə aid olduğu ehtimal edilir. Onların 50 ildən çox müddətdir orada qaldığı güman olunur. Qutu və konteynerlər götürülərək morqa göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.