Yaponiyanın "Toyota" şirkəti "Century" brendinin ən bahalı yolsuzluq avtomobili daha güclü mühərriklə təmin olunacaq.
Kriminal.Az bu barədə Naavtotrasse.ru portalına istinadən xəbər verir.
Şirkət nümayəndələrinin açıqlamalarına görə, onlar "Century GRMN"in yeni modifikasiyasını hazırlayırlar.
Qeyd edək ki, "Toyota"nın idman bölməsi olan "Gazoo Racing" artıq belə bir yolsuzluq avtomobilini buraxıb.
Lakin GRMN-in (Gazoo Racing Meister of the Nurburgring) yalnız bir nüsxəsi yaradılıb. Buna görə də yeni məhsul haqqında az şey məlumdur.
Yeni "Toyota Century GRMN" seriyalı avtomobil olacaq. Lakin bu avtomobilin harada satılacağı hələlik məlum deyil.