kriminal.az
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Pekin Livan-İsrail sərhədindəki gərginlik səbəbindən Livanda olan Çin vətəndaşlarını tezliklə bu ölkəni tərk etməyə çağırıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Çinin Beyrutdakı səfirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda Livanın cənubu səyahət üçün "son dərəcə təhlükəli", digər bölgələri isə "çox təhlükəli" kimi qiymətləndirilir.

Çin səfirliyi qeyd edib ki, Livanda ümumi təhlükəsizlik vəziyyəti ağır olaraq qalır.

Top
0.18807697296143