Taylandda Banqkokun cənub-şərqində, Çaçenqsau əyalətində "Cessna 208 Caravan" yüngül mühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər itkin düşüb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, təyyarə manqrov meşəsinə düşüb. Axtarış-xilasetmə əməliyyatı zamanı onun qalıqları aşkar edilib. Tayland və Çin vətəndaşları da daxil olmaqla, yeddi sərnişin və iki ekipaj üzvünün taleyi naməlum olaraq qalır.
Məlumata görə, təyyarə Suvannaphum Beynəlxalq Hava Limanından havaya qalxıb, 30 dəqiqəlik uçuşdan sonra isə onunla əlaqə kəsilib.