kriminal.az
Avstraliyada sərnişin təyyarə endikdən sonra təcili çıxış qapısından qanada çıxaraq yerə tullanıb

Melburn (Avstraliya) hava limanında sərnişin təyyarəni təcili çıxış qapısından tərk etdiyinə görə saxlanılıb.

Kriminal.Az bu barədə "The Guardian"a istinadən xəbər verir.

Hadisə Sidneydən Melburna gələn "Jetstar" aviaşirkətinin təyyarəsi artıq eniş etdikdən sonra baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərdən biri təcili çıxışı açıb və təyyarənin qanadı ilə yeriyib, sonra yerə tullanıb. Bundan əvvəl, stüardessalar və sərnişinlər onu sakitləşməyə və yerinə oturmağa çağırarkən, adam səbirsizliklə salonda gəzirmiş.

Melburn hava limanının sözçüsü bildirib ki, həmin şəxs təyyarəni tərk etdikdən sonra saxlanılıb, daha sonra isə həbs olunub. Cinayətkar daha sonra həkimlər tərəfindən müayinə olunaraq xəstəxanaya yerləşdirilib. O, aqressiv davranışda və aviasiya təhlükəsizliyi protokollarını pozmaqda şübhəli bilinir. Onun tezliklə ittiham olunacağı gözlənilir.

Top
0.24188017845154