Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır.
Kriminal.Az bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Ankara-Kayseri sürət qatarı ilə bağlı jurnalistlərə açıqlamasına istinadən xəbər verir.
"Kars-İğdır-Dilucu sürət qatarı vasitəsilə Zəngəzur dəhlizi ilə əlaqə təmin olunacaq. Hazırda bu istiqamətdə işlər gedir", - deyə nazir bildirib.