Ukraynanın Xmelnitski vilayətində təlim uçuşu zamanı leyləyin "L-39" təyyarəsi ilə toqquşması nəticəsində katapult edən pilot ölüb.
Kriminal.Az xəbər verir ki, bu barədə " Strana.ua" hüquq-mühafizə orqanlarına istinadən yazıb.
"L-39" təyyarəsi təlim uçuşu zamanı leylək tərəfindən vurulub və pilotlardan birinin görmə sahəsini örtüb. Görmə sahəsinin olmaması səbəbindən o, katapult edib. Hündürlüyün az olması səbəbindən pilotun paraşütü açılmayıb və nəticədə o, yerindəcə dünyasını dəyişib. İkinci ekipaj üzvü isə təyyarəni endirib", - məlumatda bildirilir.