Alimlər Günəşdə "M" sinifli doqquz güclü partlayış qeydə alıblar.
Kriminal.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumatda bildirilir ki, ilk partlayış (14 dəqiqə davam edən M3.5) Moskva vaxtı ilə saat 06:41-də (Bakı vaxtı ilə 07:41) baş verib, sonuncu partlayış (M5.1) isə Moskva vaxtı ilə saat 23:12-də (24 avqust, Bakı vaxtı ilə saat 00:12-də) qeydə alınıb.
Gün ərzində daha yeddi "M" sinifli partlayış qeydə alınıb: "M1.0", "M1.2", "M3.4" və iki "M1.1" və "M1.7".
Hazırda kosmik havanın monitorinqinə əsasən, günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beşlik şkala üzrə R1 (zəif) səviyyəsindədir.