Britaniya baş nazirlərinin Dauninq küçəsindəki iqamətgahında baş siçantutan kimi xidmət edən Larri adlı pişiyin 17 yaşı var. Yüksəkrütbəli pişiyin ölümünə hazırlıq planı tərtib olunub.
Kriminal.Az bu barədə "The Times"a istinadən xəbər verir.
Xidməti zamanı o, bir neçə siçanı məhv edib və beş baş naziri "yola salıb".
"Yüksəkrütbəli dövlət məmurlarının ən möhkəm qorunan sirləri arasında kral ailəsinin üzvlərinin ölümü ilə bağlı planlar var. Ancaq onlardan başqa bir fiqur var ki, onun da gələcək ölümü ilə bağlı plan hazırlanıb. Bu, pişik Larridir. Onun öləcəyi təqdirdə ölümü barədə xalqa məlumat vermək üçün diqqətlə işlənmiş informasiya proseduru artıq hazırdır.
Qeyd edək ki, Larri Londonun "Battersea" Heyvanlar Sığınacağından Dauninq küçəsinə gəlib. 16 fevral 2011-ci ildə o, hökumət kürsüsündə baş siçantutan vəzifəsini tutub.