Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Kriminal.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk bölgəsinə hücumu zamanı əsir götürdüyü 115 hərbçinin geri qaytarıldığını açıqlayıb. Onlar sərhəddə hərbi xidmətdə olublar. Bunun müqabilində 115 hərbçi də Ukraynaya göndərilib. Mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.
"İndi Rusiya hərbi qulluqçuları Belarus ərazisindədirlər. Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Daha sonra hərbi qulluqçuların hamısı müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.