Amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ polisinin azyaşlı qızı valideynlərindən almaq cəhdlərindən danışıb.
Kriminal.Az xəbər verir ki, iş adamı özünün "X"dəki hesabında uşağın valideynlərinin onun cinsini dəyişmək qərarı ilə razılaşmadığını yazıb.
"Bu ilin əvvəlində Kaliforniyadakı bir dostumun az qala uşağını əlindən almışdılar. Çünki o, sadəcə olaraq, qızının cinsiyyət dəyişikliyinə məruz qalmadan əvvəl bir neçə il gözləməsini istəyirdi", - Mask bildirib.
O əlavə edib ki, dostu qızı özləri ilə aparmağa çalışan təhlükəsizlik qüvvələrinin nümayəndələrini bu fikirdən daşındıra bilib. Lakin bundan sonra ailə Kaliforniya ştatını həmişəlik tərk edib.
Earlier this year, a friend of mine almost had his young daughter taken from him in California just because he wanted her to wait a few years to permanently transition.
— Elon Musk (@elonmusk) August 24, 2024
He talked the police out of taking her when they came to his house.
That day, he left California with his… https://t.co/8YdB05Ld1w