Polşanın şərqindəki Podlaskiye bölgəsinə ilkin olaraq hava şarı kimi tanınan naməlum obyekt düşüb.
Kriminal.Az aif.ru-ya istinadən xəbər verir ki, bu, son iki gündə üçüncü belə hadisə olub.
Yerli polisin nümayəndəsi Aqneşka Skvierçinska məlumatı təsdiqləyib.
"Bizə məlumat daxil olub ki, Rutki-Kossaki meşə kompleksində yerli sakinlər ağacdan asılmış əşya tapıblar. Məlum olub ki, bu, meteoroloji alətdir", - o deyib.
Cihazın üzərində kiril əlifbası ilə yazılar həkk olunub.
Hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.