Rəsmi Moskva Fransa hakimiyyətindən "Telegram"ın təsisçisi Pavel Durovun hüquqlarının müdafiəsini təmin etməyi və konsulluq xidmətini təqdim etməyi tələb edib.
Kriminal.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Öz növbəsində Rusiyanın Fransadakı səfirliyi Parisdə saxlanılan Pavel Durovun vəkili ilə əlaqə saxladığını bildirib.
Lakin Fransanın Pavel Durovun işi ilə bağlı təmas qurmaqdan yayındığı da qeyd olunur.