kriminal.az
Təl-Əvivdə Hizbullahın zərbələri təhlükəsi səbəbindən bütün bomba sığınacaqları açılıb

Təl-Əviv meriyası "Hizbullah"dan gələn təhdidləri nəzərə alaraq şəhərdə 240 bomba sığınacağının hamısının açıldığını elan edib.

Kriminal.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli məlumat verib.

O qeyd edib ki, hazırda şəhərdə mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib.

"Lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək planımız da var" , - deyə İlana Mixaeli vurğulayıb.

Top
0.045338869094849