ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, kəşfiyyatçı Edvard Snouden "Telegram" mesencerinin təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün təhqir adlandırıb.
Kriminal.Az xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Durovun həbsi əsas insan haqları olan söz və birləşmə azadlığına hücumdur. Mən təəccüblənirəm və dərindən kədərlənirəm ki, Makron şəxsi kommunikasiyalara çıxış əldə etmək vasitəsi kimi girov götürmə səviyyəsinə enib. Bu, təkcə Fransanı deyil, bütün dünyanı aşağılayır", - Snouden yazıb.
The arrest of @Durov is an assault on the basic human rights of speech and association. I am surprised and deeply saddened that Macron has descended to the level of taking hostages as a means for gaining access to private communications. It lowers not only France, but the world.
— Edward Snowden (@Snowden) August 25, 2024