İrandan Pakistanın Pəncab əyalətinə 60 zəvvarı daşıyan avtobusun Sind əyalətində dərəyə aşması nəticəsində azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Pakistan İnformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerində xilasetmə işləri davam edir. Qəzaya uğrayan avtobusun içərisində daha dörd sərnişin qalıb. Onları təxliyə etmək üçün əraziyə qaldırıcı kran çağırılıb.