kriminal.az
Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetiriblər

Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.

Kriminal.Az xəbər verir ki, bu barədə "RFI" radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda, bir neçə hərbçi də itkin düşüb.

Məlumata görə, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.

Top
0.049258947372437