"Polşa bu gün hibrid müharibə vəziyyətindədir".
Bu sözləri Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik "Gələcəyin Polşası" kampusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Kriminal.Az bu barədə RBC-yə istinadən xəbər verir.
Sezari Tomçikin sözlərinə görə, Polşa bu gün de-fakto hibrid müharibəsi ilə üz-üzədir. Bunun təsdiqi kimi, müdafiə nazirinin müavini Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya meteozondlarını göstərib.
"Polşada hər il təxminən beş min haker hücumu qeydə alınır", - deyə o əlavə edib.
Bundan əvvəl Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.