kriminal.az
Paris məhkəməsi Pavel Durovu azad etdi

Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib.

Kriminal.Az BFMTV-yə istinadən xəbər verir ki, hakim Pavel Durovun "ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə" polis nəzarəti altında qalmasına xitam verib.

O, məhkəmə zalında azad olunub.

18:16

Müstəntiq "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durovun ittiham oluna biləcəyi məhkəməyə göndərilməsi barədə göstəriş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.

"Müstəntiq Durovun saxlanılma müddətinin bitirilməsi və onun ittiham oluna biləcəyi məhkəməyə təhvil verilməsi barədə göstəriş verib", - idarədən qeyd ediblər.

Top
0.048572063446045