kriminal.az
Yeni elektrik avtomobili təqdim edildi

Qeyri-adi idman avtomobilləri ilə tanınan Britaniyanın "Ariel" şirkəti elektriklə işləyən baqqi təqdim edib.

Kriminal.Az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

O ikinci nəsil "Nomad" seriyasının platformasına əsaslanır və müvafiq olaraq "E-Nomad" adlanır. Orijinal güc bloku sayəsində o təxminən 3,5 saniyəyə 100 km/saat sürətlənməyə qadirdir. Hələlik elektrik avtomobili konsept hesab edilir, lakin 2026-cı ildə şirkət onun seriya istehsalına başlaya bilər.

"E-Nomad"ın elektrik mühərriki 281 at gücünə və 490 Nm malikdir.

Konseptlə adi "Nomad" arasındakı fərq kuzov panellərinin hazırlandığı materialdır. O, kətan lifləri olan biokompozitdən hazırlanıb və əlavə 9% çəkiyə qənaət edir. Bundan əlavə, "E-Nomad"ın kuzovu 30% daha aerodinamik hala gətirilib.

"Ariel" şirkətində qeyd olunub ki, onlar artıq elektrik baqqisinin istehsal versiyası üzərində işləyirlər, lakin onun istehsalına başlanılması ilə bağlı yekun qərar müştərilərin reaksiyası və bazardakı vəziyyət əsasında veriləcək. İlkin hesablamalara görə, əsas "E-Nomad" təxminən 80 min funt-sterlinqə (təxminən 105 602 dollar - red.) başa gələ bilər.

Top
0.061926126480103