Böyük Britaniya polisi iğtişaşlarda iştirak edən 11 yaşlı uşağı saxlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Sky News" polisə istinadən məlumat yayıb.
Saxlanılan uşaq Sautportda insanlara bıçaqla hücumdan sonra iğtişaşla bağlı ittiham olunan ən gənc şəxs olub.
Uşaqdan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 4-də Midlsbro şəhərində keçirilən antiimmiqrant etiraz aksiyalarının daha 14 iştirakçısını saxlayıblar.
Qanuna görə, İngiltərə və Uelsdə cinayət məsuliyyəti 10 yaşından başlayır.
Xatırladaq ki, Böyük Britaniyada iğtişaşlar başlayandan bəri polis 380-ə yaxın adamı saxlayıb.