Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, iyuldakı sui-qəsddə hazırkı Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin əli var.
Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.
Trampın sözlərinə görə, onlar Məxfi Xidmətin işini çətinləşdiriblər.
"Düşünürəm ki, müəyyən dərəcədə Bayden və Harrisin günahı var, onlar hökuməti mənə qarşı yönəltməyə çalışdılar, mənim sağlamlığım və təhlükəsizliyimlə maraqlanmadılar", - deyə Tramp müsahibəsi zamanı bildirib.
"Onlar mənim məxfi xidmət tərəfindən kifayət qədər mühafizəyə malik olmağıma maneçilik törətdilər", - deyə o əlavə edib.