Məşhur türkəsilli futbolçu Mesut Özil məsciddə təmizlik işləri apararkən görüntülənib.
Bu barədə Kriminal.Az "Habertürk"ə istinadən xəbər verir.
Məlumata görə, ötən il 35 yaşında futboldan ayrılan Mesut Özil hazırda boş vaxtlarını daha çox xeyriyyə işlərinə ayırmağa başlayıb. Futbolçu İstanbulun Üsküdar rayonunda yerləşən Şemsi Ahmed Paşa məscidində təmizlik işləri ilə məşğul olub. O, namaz qıldıqdan sonra əvvəlcə xalçaları süpürüb, sonra tozları alıb.
Qeyd edək ki, Üsküdarda Sahil yolu üzərindəki Şemsi Paşa Külliyəsi içərisində yerləşən Şemsi Ahmed Paşa məscidi 1580-ci ildə Şemsi Ahmed Paşanın göstərişi ilə Memar Sinan tərəfindən inşa edilib.
Məşhur türkəsilli futbolçu məsciddə təmizlik işləri apararkən görüntüləndi
Məşhur türkəsilli futbolçu məsciddə təmizlik işləri apararkən görüntüləndi