kriminal.az
Qərbi Nil virusu Rusiyanı cənginə aldı: 22 bölgədə yoluxma halları qeydə alındı

Rusiyada Qərbi Nil virusuna yoluxma göstəricisi uzunmüddətli orta göstəricidən 13% daha yüksəkdir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən məlumat verilib.

"Bugünkü günə yoluxma göstəricisi 100 min əhaliyə 0,08 təşkil edir ki, bu da uzunmüddətli orta göstəricidən 13% yüksəkdir. Xəstəliyin aşkarlanmasının artmasında mühüm amil keçən ildən bəri monitorinq tədqiqatları baxımından işlərin xeyli gücləndirilməsidir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Qərbi Nil qızdırması Rusiyanın 22 regionunda qeydə alınıb. Xroniki xəstəlikləri olan insanlar və yaşlılar risk altındadırlar.

Top
0.039227962493896