kriminal.az
Peskov:

"Telegram"ın həmtəsisçisi Pavel Durov hələ də Rusiya Federasiyasının vətəndaşıdır və Kreml onun daha hansı ölkələrin vətəndaşlığına malik olduğunu bilmir".

Kriminal.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Durov hələ də Rusiya Federasiyasının vətəndaşıdır. Fransa vətəndaşlığının alınmasına gəlincə, bizim bununla bağlı məlumatımız yoxdur, bu, bizim işimiz deyil", - deyə Kreml sözçüsü bildirib.

Top
0.049681901931763