"Citroen e-C4" çoxdan gözlənilən üslub dəyişikliyi həyata keçirəcək və modernləşdiriləcək.
Kriminal.Az bu barədə 32cars.ru portalına istinadən xəbər verir.
Fransa istehsalı olan və 2018-ci ildən bazara çıxarılan "Citroen e-C4" heç vaxt avtomobil bazarında lider olmayıb və son illərdə populyarlığı əhəmiyyətli dərəcədə aşağı düşüb.
Məsələn, 2022-ci ildə 16 755 avtomobil satılıbsa, bu rəqəm 2023-cü ildə 12 362-yə, 2024-cü ildə isə cəmi 5 057 ədədə düşüb.
Qeyd olunub ki, avtomobilin modernləşdirilməsində əsas məqsəd satışın canlandırılmasıdır.