kriminal.az
İsrailin Azərbaycandakı səfirliyində anım günü keçirilib

İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib.

Kriminal.Az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik "X" səhifəsindəki paylaşımında bildirib.

"Bu gün biz bayrağımızı yarıya endirdik və Bakıdakı səfirlikdə 7 oktyabr qırğını qurbanlarının xatirəsini anma mərasimi keçirdik. Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər, yəhudi icmasının rəhbərləri qoşuldular.

Qurbanların xatirəsi əziz olsun, girovlar tezliklə ailələrinə qovuşsun inşallah!", - diplomat qeyd edib.

Top
0.40403199195862