ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyanın Kanaqava prefekturasına məcburi eniş edib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat verib.
"ABŞ hərbi vertolyotu Kanaqava prefekturasının Tiqasaki şəhəri sahilinə enib. Heç kim xəsarət almayıb", - deyə materialda qeyd edilib.
Nəşrin məlumatına görə, helikopter ABŞ-nin Asuqidəki hərbi bazasına məxsusdur.
Telekanal ABŞ hərbi bazasının məlumatlarına istinadən bildirib ki, vertolyot ehtiyat tədbiri olaraq enib. Eyni zamanda, hər hansı ziyan dəyməsi halı aşkarlanmayıb.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş etdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş etdi