Rusiyanın Voronej şəhərində dəhşətli hadisəsi baş verib.
Şəhərin Novaya Usman rayonunun Polevaya küçəsində yerləşən hündürmərtəbəli binanın yaxınlığında yerli sakinlər üzərində zorakılıq izləri olan 25 yaşlı qızın cəsədini aşkar ediblər.
Bu barədə Kriminal.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisənin araşdırılması zamanı müstəntiqlər yaxınlıqdakı evlərin müşahidə kameralarını nəzərdən keçiriblər və yaşlı bir kişinin öldürülmüş qızın cəsədi olan çantanı sürüdüyü kadrları ortaya çıxarıblar.
Hadisə ilə bağlı bu görüntülər sosial şəbəkələrdə yayılıb.
Qətli törədən 59 yaşlı kişi tez bir zamanda saxlanılıb və o, günahını etiraf edib.
Qatil müstəntiqlərə bildirib ki, birgə yaşadığı gənc qızla spirtli içki qəbul ediblər və bu zaman aralarında mübahisə düşüb. Mübahisə zamanı kişi mətbəx bıçağını götürərək qızın döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurub. Səhər o, meyiti torbaya yerləşdirib və evin yaxınlığındakı zibil konteynerlərinin yanına qoyub.
Novousmanski Rayon Məhkəməsi qatil barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, o, dekabrın 8-dək istintaq təcridxanasında qalacaq.