İsrail ordusu Livandan sonra Suriyaya daxil olub.
Kriminal.Az "Horan Free" saytına istinadən məlumat verir ki, bir qrup İsrail əsgəri zirehli texnikanın dəstəyi ilə Suriyanın cənubuna sızıb.
İsrail xüsusi təyinatlıları zirehli texnikadan istifadə edərək Qolan təpələrindən Kvadana kəndinə doğru Suriya sərhədini keçib. Onların Suriya ərazisinə azı 500 metr irəlilədiyi bildirilir.
İsrail xüsusi təyinatlıları daha sonra ərazinin ətrafına tikanlı məftillər çəkərək oranı tərk ediblər.