kriminal.az
İran Avropaya bütün uçuşları dayandırdı

Avropa İttifaqının yeni sanksiyalarından sonra Avropa İttifaqı ölkələrinə uça bilən yeganə İran aviadaşıyıcısı olan "Iran Air" şirkəti Avropa istiqamətində uçuşları dayandırır.

Oxu.az-ın məlumatına görə, bu barədə İran Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani məlumat verib.

"Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət "Iran Air" idi və Avropa İttifaqının "Iran Air"ə qarşı yeni sanksiyalarını nəzərə alaraq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq", - deyə o, ILNA agentliyinə bildirib.

Top
0.11005783081055