Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İslam dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüblər.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfirlərə Azərbaycanla müsəlman dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, o cümlədən Azərbaycanın bu sahədəki baxışı və prioritetləri barədə məlumat verilib.
Eyni zamanda səfirlərin sualları cavablandırılıb.