kriminal.az
Xarici KİV:

Fransa Cənubi Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə İranla eyni tərəfdə dayanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə ingilisdilli "Jewish News Syndicate" nəşri yazır. Məqalədə bildirilir ki, Fransa İranla yaxşı münasibətdə olan Ermənistanı silahla təmin edir. Qərbin silahları İrəvan vasitəsilə Tehranın əlinə keçə bilər. Bundan əlavə, Fransa eynən İran kimi Azərbaycana təzyiq rıçaqı kimi Ermənistana hərbi yardım göstərir.

Paris Livan ordusunu daha sonra "Hizbullah"a çatan zirehli transportyorlarla təmin edir. Təşkilat isə həmin vasitələrdən İsrailə qarşı müharibədə istifadə edir.

Məqalədə vurğulanır ki, "Fransa vurduğu zərərdən asılı olmayaraq, təkəbbürlü və neokolonial siyasət yürüdərək öz addımlarının yarada biləcəyi təhlükələrə inadla məhəl qoymur".

Top
0.051602125167847